Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 3-cü və 4-cü turlarının oyun cədvəlləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
3-cü turun görüşləri iki günü (24 və 25 sentyabr) əhatə edəcək. 4-cü turun qarşılaşmaları isə oktyabrın 1-də, 2-də və 3-də keçiriləcək.
Birinci Liqa
3-cü tur
24 sentyabr
“Şəfa” – “Cəbrayıl”
Binə qəsəbə stadionu, 15:30.
“Səbail” – “Şahdağ Qusar”
“Bayıl Arena”, 18:00.
“Mingəçevir” – “Difai”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:30.
25 sentyabr
MOİK – “Zaqatala”
Binə qəsəbə stadionu, 15:30.
“Baku Sportinq” – “Şimal”
Buzovna qəsəbə stadionu, 15:30.
4-cü tur
1 oktyabr
“Şahdağ Qusar” – “Mingəçevir”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
2 oktyabr
“Şimal” – “Səbail”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
“Zaqatala” – “Baku Sportinq”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.
“Şəfa” – MOİK
Binə qəsəbə stadionu.
3 oktyabr
“Cəbrayıl” – “Difai”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.