AZ

ÇL: “Qarabağ” Liqa mərhələsində ilk sınağına çıxır

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Portuqaliya və Azərbaycan təmsilçiləri arasındakı oyun Lissabon şəhərində baş tutacaq.

Görüşü Belçika və İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə uğurlu start verməyə çalışacaq. Bu yolda qazanılacaq 1 xal da böyük önəm daşıyır. Çünki rəqib Portuqaliya nəhənglərindən biri “Benfika”dır. Üstəlik, Azərbaycan çempionu bu rəqiblə səfərdə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” ÇL-in Liqa mərhələsindəki növbəti oyununu oktyabrın 1-də doğma meydanda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
16 sentyabr

“Benfika” – “Qarabağ”
Hakimlər: Erik Lambrexts, Jo de Veirdt, Kevin Monteni, Natan Verbumen (Hamısı Belçika).
VAR: Bram Van Drieşşe (Belçika).
AVAR: Fedayi San (İsveçrə).
Lissabon. “Da Luş” stadionu. Saat 23:00.

error: Məzmun qorunur!
Seçilən
8
19
arena.az

10Mənbələr