AZ

Super Liqa: “Rizəspor” 90+3-cü dəqiqədə sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Rizəspor” doğma meydanda “Gənclərbirliyi” ilə münasibətlərinə aydınlıq gətirib. Rizəlilər 90+3-cü dəqiqədə vurduqları yeganə qol sayəsində vacib 3 xal qazanıblar.

Beləliklə, geridə qalmış 5 turdan sonra itkisiz irəliləyən yeganə komanda son çempion “Qalatasaray”dır – 15 xal! “Fənərbağça” və “Trabzonspor” 10, “Göztəpə”, “Antalyaspor” və “Qaziantep” 9, “Konyaspor”, “Alanyaspor” və “Samsunspor” 7 xal toplayıblar.

Türkiyə, Super Liqa
5-ci tur

13 sentyabr

Eyüpspor – Qalatasaray 0:2
Qollar: İkardi, 73. Y.Akgün, 89.

Karagümrük – Kasımpaşa 0:1
Qol: M.Kadıoğlu, 31-öz qapısına.

Samsunspor – Antalyaspor 1:2
Qollar: Holse, 51 – S.Dikmen, 21. G.Dikiya, 46.

Beşiktaş – Başakşəhər 2:1
Qollar: E.B.Ture, 74. C.Ündər, 90+1 – E.Şomurodov, 71.

Konyaspor – Alanyaspor 1:2
Qollar: E.Bardi, 51 – U.Oqundu, 28. Maestro, 79.

14 sentyabr

Kayserispor – Göztəpə 1:1
Qollar: Kardoso, 60 – E.Bekiroğlu, 85.

Fənərbağça – Trabzonspor 1:0
Qol: En Nesiri, 45.

Qaziantep – Kocaelispor 2:0
Qollar: Kozlovski, 75. Y.Kabadayı, 79.

15 sentyabr

Rizəspor – Gənclərbirliyi 1:0
Qol: E.Bulut, 90+3.

error: Məzmun qorunur!
Seçilən
13
19
arena.az

10Mənbələr