AZ

Osman Nurməhəmmədov DÇ-də bürünc medal qazandı

Azərbaycan güləşçisi Osman Nurməhəmmədov (92 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, üçüncü yarış günündə o, bürünc medal uğrunda görüşdə gürcüstanlı Miriani Maysuradzeylə üz-üzə gəlib.

Görüş boyunca üstün tərəf olan təmsilçimiz 5:1 hesablı qələbəylə dünya üçüncüsü olub. Bununla da Osman Nurməhəmmədov analoji yarışlarda 4-cü medalını qazanıb.

Digər güləşçilərimizdən Cəbrayıl Hacıyev (79 kq) təsəlliverici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya 5:3 hesabıyla qalib gəlib. Debütant bürünc medal uğrunda qarşılaşmada isə iranlı Mohammad Noxodilarimiyə (2:4) məğlub olaraq, dünya çempionatını 5-ci yerdə başa vurub.

Xatırladaq ki, ötən gün Georgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medala sahib çıxmışdılar.

error: Məzmun qorunur!
Seçilən
33
1
arena.az

10Mənbələr