AZ

AFFA “Şahdağ Qusar” və “Səbail”i azarkeşlərinə görə cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqa və Əvəzedicilər Liqası ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

AFFA İntizam Komitəsinin son qərarlarının siyahısı ilə sizi də tanış edirik:

Birinci Liqa, 1-ci tur

MOİK – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Qusar komandası 210 manat cərimə edilib. “Şahdağ Qusar”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Qusar komandası 700 manat cərimə edilib.

“Səbail” – “Mingəçevir” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt komandası 210 manat cərimə edilib. “Səbail”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən komanda 900 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 4-cü tur

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası 70 manat cərimə edilib. “Araz-Naxçıvan”ın futbolçusu Elmir Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Naxçıvan komandası buna görə 50 manat cərimə ödəyəcək. “Araz-Naxçıvan-2” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə Naxçıvan komandası 150 manat cərimə edilib.

“Zirə-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” tərəfindən Əsasnamənin 3-cü maddəsinin 26-cı bəndinin tələbi pozulduğuna görə sözügedən komanda 100 manat cərimə edilib.

“Neftçi-2” – “Sabah-2” oyununda “Neftçi”nin futbolçusu Vüsal Kərimov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Neftçi” buna görə 100 manat cərimə ödəyəcək.

error: Məzmun qorunur!
Seçilən
11
2
arena.az

10Mənbələr