“ABŞ Prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Volodimir Zelenski gələn həftə Nyu-Yorkda yenidən görüşə bilər”.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
“Trampın Rusiya Prezidenti Vladimir Putinlə bir neçə dəfə telefon danışığı olub , Zelenski ilə bir neçə görüş keçirib, o cümlədən gələn həftə Nyu-Yorkda Ukrayna lideri ilə görüşə bilər”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Tramp dünyada yeganə liderdir ki, Ukrayna münaqişəsinin hər iki tərəfi və Avropa ölkələri ilə eyni vaxtda əlaqə saxlamağa qadirdir.
Daşqın HəsənovMissiya.Az