"Bu demokratiyadırsa, hamı "Vətəndaş müqaviləsi"nin üzvü olmalıdır? Dünyada belə demokratiya varmı? Hakimiyyət var, müxalifət var və xalq seçdiyi tərəfi dəstəkləyir. Bu doğmadırmı?" - deyə o bildirib.
Mer özü və oğluna qarşı açılan cinayət işlərinə də toxunaraq qeyd edib: "Dünyada elə ölkə görməmişəm ki, hakimiyyət xalqına bu qədər problem yaratsın. 99% sabiq merlər məhkəməyə verilir. Xalqın dəstəyini qazanan hər kəs dövlət tərəfindən təzyiqə məruz qalır".
Qukasyan həmçinin Ermənistanın hərbi sənaye sahəsində geridə qaldığını vurğulayıb: "Bu gün ölkədə hətta patron da istehsal olunmur. 1941-ci ildə Ermənistanda 110 adda silah və sursat istehsal edilirdi. Müharibə təhlükəsi ilə üz-üzə olan ölkə bu gün silah istehsal etmir. 30 ildir iş yerləri və zavodlar yaratmaqdan danışırlar, amma nəticə yoxdur".
Onun sözlərinə görə, kənd təsərrüfatı da ağır vəziyyətdədir: "Bu gün ölkənin əkinə yararlı torpaqlarının 60%-i istifadəsiz qalır".