EN

Bu ilik ikinci yarısında akkreditasiyadan keçiriləcək təhsil müəssisələrinin adları açıqlanıb RƏSMİ

Bakı, 16 sentyabr, AZƏRTAC

Cari ilin birinci yarısında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 6 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, qrafikə uyğun olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universitetində institusional akkreditasiya qiymətləndirilməsi təşkil edilib: “Bu müddət ərzində, həmçinin məktəbəqədərtəhsil ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas kampus və Ağcabədi, Cəlilabad, Quba, Şəki filialları), Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetində proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

Cari ilin ikinci yarısında isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti (təkrar akkreditasiya), həmçinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində institusional akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılır”.

Tural Əhmədov qeyd edib ki, bu ilin II yarısında məktəbəqədər təhsil ixtisası üzrə Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Qızlar Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında proqram akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulur: Həmçinin bu ilin II yarısında Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, ADPU-nun Şamaxı filialında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təkrar proqram akkreditasiya qiymətləndirilməsi keçiriləcək”.

Chosen
63
11
azertag.az

10Sources