Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 5-ci turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
5-ci turun görüşləri sentyabrın 20-də və 21-də keçiriləcək.
Əvəzedicilər Liqası
5-ci tur
20 sentyabr
“Turan Tovuz-2” – “Neftçi-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Araz-Naxçıvan-2” – “Qarabağ-2”
Binə qəsəbə stadionu, 15:00.
“Sumqayıt-2” – “Zirə-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
21 sentyabr
“Şamaxı-2” – “Kəpəz-2”
Şamaxı şəhər stadionu, 15:30.
“Sabah-2” – “Qəbələ-2”
“Bayıl Arena”, 18:00.
PFL-in yaydığı digər məlumata görə, 4-cü turdan təxirə salınmış “Qarabağ-2” – “Turan Tovuz-2” görüşünün başlama saatı və keçiriləcəyi stadion da məlumdur. Sözügedən qarşılaşma sentyabrın 23-də təşkil ediləcək.
23 sentyabr
“Qarabağ-2” – “Turan Tovuz-2”
Binə qəsəbə stadionu, 15:00.