EN

Sentyabr “Həyat Sığortası üzrə Maarifləndirmə Ayı”dır

Finss.az - Sentyabr bütün dünyada "Həyat Sığortası üzrə Maarifləndirmə Ayı" kimi qeyd olunur. Məqsəd insanların həyat sığortasının əhəmiyyətini dərk etməsinə, gələcəkdə gözlənilməz risklərdən qorunmasına və ailələrini maliyyə baxımından təmin etməsinə kömək etməkdir.

Həyat sığortası yalnız bugünkü deyil, həm də sabahkı təhlükəsizliyə sərmayədir. O ailənizi gözlənilməz risklərdən qoruyur və gələcəyin daha inamlı planlaşdırılmasına imkan yaradır.

Bu gün ölkəmizdə müxtəlif həyat sığortası növləri mövcuddur. Bunlara misal olaraq, İcbari həyat sığortası, kredit həyat sığortası, uşaqlar və fərdi həyat sığortasını göstərə bilərik. Hər bir sığorta məhsulunun özünə uyğun xüsusiyyətləri və üstünlükləri var.

“PAŞA Həyat Sığorta” olaraq, biz hər kəsi sığorta maarifləndirməsinə təşviq edir və hər kəsə həyat sığortasının faydaları barədə məlumatlanmağa dəvət edirik.

Chosen
5
6
fins.az

7Sources