EN

Tarixi qələbə “Qarabağ”a MİLYONLAR QAZANDIRDI

Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda möhtəşəm qələbə qazanan “Qarabağ” böyük bonus əldə edib.

Səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edən Ağdam klubu 3 xaldan savayı 2,1 milyon avro (4,24 milyon manat) qazanıb.

Bu, UEFA-nın qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində qazanılan hər qələbəyə görə verilən mükafatdır. Heç-heçə halında komandalara 700 min avro (1,42 milyon manat) ödənilir. (Publika.az)

Chosen
8
2
musavat.com

10Sources