Bu gün Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının yeni mövsümündə Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşacaq.
BAKU.WS-in məlumatına görə, matç yalnız idman nəticəsi baxımından deyil, həm də maliyyə gəlirləri ilə diqqət çəkir.
UEFA-nın açıqladığı 2025/26 mövsümünün mükafat qaydalarına əsasən, qrup mərhələsində hər bir klub iştirak haqqı olaraq 18,62 milyon avro əldə edir. Bundan əlavə, hər bir qrup oyununun nəticəsi də klubun büdcəsinə birbaşa təsir göstərir:
Qələbəyə görə – 2,1 milyon avro bonus;
Heç-heçəyə görə – 700 min avro bonus.
Beləliklə, "Qarabağ" bu gün "Benfika"ya qarşı matçda qələbə qazanacağı təqdirdə klubun büdcəsinə 2,1 milyon avro (təxminən 3,9 milyon manat) daxil olacaq. Heç-heçə halında isə komandaya 700 min avro (təxminən 1,3 milyon manat) əlavə gəlir gətirəcək.