Baş Prokurorluğun yüksək vəzifəli şəxsləri ictimaiyyətin suallarını canlı yayımda cavablandıracaq.
Bu barədə Redaktor.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, sentyabrın 18-də saat 11:00-dan 12:00-dək qurumun rəsmi instaqram səhifəsində (link) canlı yayım keçiriləcək.
Canlı efirdə aşağıdakı idarə rəisləri çıxış edəcək:
-
Mahir Abbasov – Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi
-
Ceyhun Kazımov – Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi
-
Natiq Hüseynov – Kadrlar idarəsinin rəisi
-
Aynur Osmanova – Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi
-
Saleh Hacıyev – Mətbuat xidmətinin rəhbəri
Canlı yayımda vətəndaşları maraqlandıran aktual suallar cavablandırılacaq. Bu, Baş Prokurorluq tarixində nadir və şəffaflıq baxımından mühüm addım kimi qiymətləndirilir.