EN

Fransa Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 8 dəfədən çox artırıb

Bakı. Trend:

Bu ilin ilk 6 ayında Fransanın Azərbaycan iqtisadiyyatına cəlbolunmuş birbaşa xarici investisiyalarının həcmi 60,473 milyon ABŞdolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 53,433 milyon ABŞ dolları və ya 8,6 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Fransadan yatırılan investisiyaların payı 1,9% təşkiledib.

Öz növbəsində, Azərbaycan cari ilin ilk 6 ayında Fransaiqtisadiyyatına 11,785 milyon ABŞ dolları sərmayə qoyub ki, bu daötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 3,007 milyon ABŞdolları və ya 20,3% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Fransayayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,9% təşkiledib.

Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayında Fransadan Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 7,040 milyon ABŞ dolları,Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə14,792 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya35,2% çoxdur.

Chosen
30
3
az.trend.az

6Sources