AZ

Fransa Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 8 dəfədən çox artırıb

BAKI, TurkicWorld

Bu ilin ilk 6 ayında Fransanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 60,473 milyon ABŞ dolları təşkil edib.

Bu barədə TurkicWorld Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 53,433 milyon ABŞ dolları və ya 8,6 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Fransadan yatırılan investisiyaların payı 1,9% təşkil edib.

Öz növbəsində, Azərbaycan cari ilin ilk 6 ayında Fransa iqtisadiyyatına 11,785 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 3,007 milyon ABŞ dolları və ya 20,3% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Fransaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,9% təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayında Fransadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 7,040 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 14,792 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6 ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya 35,2% çoxdur.

Seçilən
30
3
turkic.world

6Mənbələr