AZ

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 77% artırıb

Bakı. Trend:

Bu ilin ilk 6 ayında Asiya İnkişaf Bankı (AİB) Azərbaycaniqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi3,428 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 1,494 milyon ABŞ dolları və ya 77,2% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində AİB-dən yatırılan investisiyaların payı 0,1% təşkiledib.

Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayında Asiya İnkişaf BankındanAzərbaycana birbaşa xarici investisiyaların həcmi 1,934 milyon ABŞdollarına bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya35,2% çoxdur.

Seçilən
27
3
az.trend.az

6Mənbələr