EN

ÖZƏL SEKTOR ÜÇÜN BU GÜZƏŞT BAŞA ÇATIR Gələn ildən hamıdan bu vergi tutulacaq

Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatının fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu isə bu illə müqayisədə 29,05 % çoxdur. Yəni bu il fiziki şəxslərdən gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə, gələn il 129 manat 50 qəpik yığılacaq”.

Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov feysbuk hesabında yazıb.

İqtisadçının sözlərinə görə, bu artım 5 səbəbdən ola bilər: “Birinci səbəb əmək haqlarının artması ola bilərdi. Lakin əmək haqlarının 29-30 faiz artması gözlənilmir. İkincisi, iş yerlərinin sayının artmasıdır ki, heç yeni iş yerləri də bu qədər arta bilməz. Üçüncüsü, inflyasiyanın təsiri ilə ola bilər, amma bu həcmdə heç vaxt. Dördüncü hal, vergi dərəcələrinin dəyişməsi ilə baş verə bilərdi. Lakin vergi dərəcələrinin dəyişməsi, hələ, bu həcmdə dəyişməsi gözlənilən deyil.

Bəs onda, 30 faizə yaxın verginin artması necə baş verəcək? Qalır 2019-cu ildə qəbul edilmiş bir güzəştin bitməsinin təsirləri. Belə ki, bunun əsas səbəbi böyük ehtimalla 2019-cu ildən qüvvədə olan və qeyri-neft-qaz, qeyri-dövlət sektorunda işləyən şəxslərin maaşlarının 8 000 manata qədər olan hissəsinə tətbiq edilən 7 illik vergi güzəştinin müddətinin artıq artırılmamasıdır. Yəni, 2026-ci ilin 1 yanvarında həmin güzəştin bitməsi ilə onların gəliri də gəlir vergisinə cəlb olunacaq.

Bu dəyişiklik büdcə daxilolmalarını 30 faiz artıracaq. Həmin kateqoriyadan olan şəxslərin vergi yükü də artacaq təbii ki.

“2019-cu ildə bu güzəşt niyə edilmişdi?” sualının cavabı da sadədir: Bu güzəştin edilməsində əsas məqsəd qeyri-neft sektoru üzrə məşğulluğu təşviq etmək idi”.

Qeyd edək ki, deputat Vüqar Bayramov da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bu məsələyə toxunub. 

O qeyd edib ki, 2026-cı ilin yanvarın 1-də fiziki şəxslərin gəlir vergisi üçün müəyyənləşmiş güzəşt müddəti başa çatır. 

"Bu, kifayət qədər fundamental dəstək idİ. Qərar xüsusilə özəl sektorun inkişafına və o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaratdı. Bu, özünü əmək müqavilələrinin sayında göstərdi. Təklif edərdim ki, növbəti dövrdə fiziki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər nəzərə alınsın ki, bu yenidən kölgə iqtisadiyyatına qayıdışı stimullaşdırmasın..

Güzəşt müddəti başa çatırsa, yeni vergi dərəcələri müəyyənləşdirilirsə, o zaman daha aşağı vergi dərəcələrinin tətbiq edilməsi və mərhələli şəkildə artırılması həyata keçirilsin. Aşağı vergi dərəcəsinin müəyyənləşdirilməsi özəl sektor üçün əlavə yük yaratmaya bilər.

Yaxşı olardı ki, güzəşt müddətinin uzadılmasına baxılsın. Güzəştləri saxlamaq mümkün olmadığı halda daha aşağı vergi dərəcələrinin tətbiqi məqsədəuyğun olardı. Bu, özəl sektorun dəstəklənməsi və bu sahədə gizli iqtisadiyyatın ağardılması baxımından çox vacibdir” -deyə, deputat qeyd edib.

Qeyd edək ki, 2019-cu ildə aylıq əməkhaqqı 8 000 manatadək olan vətəndaşların gəlir vergisi 7 illik ləğv olunmuşdu.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
16
hurriyyet.az

10Sources