EN

“Qalatasaray” rəhbərlərinə deyin, Qurbanovu çağırsınlar, gəlib dərs desin Türk şərhçi VİDEO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyəli futbol şərhçisi Ertem Şener "Qarabağ"ın Çempionlar Liqasında "Benfika"ya qalib gəlməsindən danışıb.

Milli.Az xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında paylaşım edib.

Dünya "Qarabağ"dan danışır - FOTOlar

"Qarabağ" bir gecədə 4,2 milyon manat qazandı

Ertem Şener "Qarabağ"ı Türkiyə klublarına nümunə olaraq göstərib:

"Qarabağ"ın qanında məğlub olmamaq var. Canım "Qarabağ"ım, kimə uduzdunuz ki, "Benfika"ya da uduzasınız? Avropanın bir ucundan "Qarabağ" olan yerə qədər baxın. Çox böyüksən, "Qarabağ"! 0:2-dən 3:2-yə! "Qarabağ" tarix yazdı. "Fənərbağça", "Qalatasaray" rəhbərlərinə deyin, Qurban Qurbanovu çağırsınlar, gəlib akademiya məşqçilərinə dərs desin. "Qarabağ" rəhbərliyindən transferi necə etdiklərini soruşun. İnsanlar 200 min avroya Kamilo Duranı alır, o da Çempionlar Liqasında qol vurur. Sizsə 21 milyon avroya Con Duranı gətirirsiz, o da əsa ilə gəzir. "Portimonense"dən "Qarabağ"a keçən kolumbiyalı Duran isə kluba tarix yaşadır..."

Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmada "Qarabağ" Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
4
news.milli.az

6Sources