EN

Narkomanlığa qarşı mübarizəyə dair illik hesabat hazırlanacaq

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair illik hesabat hazırlanacaq.

Bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Tədbirlər Planına əsasən, illik hesabat hər ilin fevral ayında təqdim olunacaq.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu əsas icracı qurum kimi təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
37
4
olaylar.az

10Sources