EN

AFFA-dan "Neftçi"yə RƏDD CAVABI

AFFA "Neftçi"nin futbolçusu İqor Ribeyro barəsində verdiyi apellyasiya şikayəti haqda qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının 3-cü turunun "Turan Tovuz"la matçında təcavüzkar davranışa (rəqibi vurub) yol verdiyi üçün qırmızı vərəqə almış və AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılmışdı.

AFFA paytaxt təmsilçisinin bu barədə apellyasiya şikayətini rədd edib. Braziliyalı oyunçunun cəzası, həmçinin "Neftçi"nin 3 min manatlıq cəriməsi qüvvədə saxlanılıb.

Bizim.Media

Chosen
3
3
bizim.media

4Sources