EN

Coratda 1 200 abonentin qazı kəsiləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Sumqayıt şəhərinin Corat qəsəbəsinin təbii qazla təchizatında müvəqqəti fasilə olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.
Verilən məlumata görə, fasiləyə səbəb yeni balans qovşağının quraşdırılmasıdır.
Bildirilib ki, saat 11:30-dan etibarən işlər başa çatana qədər qəsəbədə 1200 abonentin qaz təminatı dayandırılacaq.
Chosen
29
11
oxu.az

10Sources