EN

Bu qəsəbə sakinlərininNƏZƏRİNƏ: Saat 11:30-dan etibarən…

Bu gün Sumqayıt şəhərinin Corat qəsəbəsinin təbii qazla təchizatında müvəqqəti fasilə olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Verilən məlumata görə, fasiləyə səbəb yeni balans qovşağının quraşdırılmasıdır.

Bildirilib ki, saat 11:30-dan etibarən işlər başa çatana qədər qəsəbədə 1200 abonentin qaz təminatı dayandırılacaq.

Bizim.Media

Chosen
57
11
bizim.media

10Sources