EN

Dünya çempionatı: Bu gün 4 güləşçimiz mübarizə aparacaq

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd güləşçisi mübarizə aparacaq. 

Yunan-Roma güləşçilərindən dördqat dünya çempionu Eldəniz Əzizli (55 kq) ilə yanaşı, Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq) və Beka Kandelaki (130 kq) mübarizəyə qoşulacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan sərbəst güləşçiləri 4 medal əldə ediblər. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.

Chosen
43
8
fanat.az

10Sources