Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir. 

Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayacaq. 

Təsnifat mərhələsində 4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq) və Beka Kandelaki (130 kq) iştirak edəcək.

Qeyd edək ki, hazırda dünya çempionatında aktivimizdə 4 medal var. Daha öncə Azərbaycan sərbəst güləşçilərindən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar.