AZ

Yunan-Roma güləşçilərimiz bu gün dünya çempionatında mübarizəyə qoşulurlar

Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən dünya çempionatında mübarizəyə qoşulacaqlar.

İdman.biz xəbər verir ki, yarışda dörd güləşçimiz - 4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq), Sənan Süleymanov 977 kq), Qurban Qurbanov (82 kq) və Beka Kandelaki (130 kq) güclərini sınayacaqlar.

Qeyd edək ki, bundan öncə sərbəst güləş millimiz mundialı 4 medalla başa vurub. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar.

İdman.biz

Seçilən
42
1
idman.biz

10Mənbələr