EN

Qanunvericilikdə litium batareyaların utilizasiya ilə bağlı heç bir müddəa yoxdur – Deputat

Qanunvericilikdə elektrikli avtomobillərdəki litium batareyalarının utilizasiyası ilə bağlı dəyişikliyə ehtiyac var. 

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, son dövrlərdə Azərbaycana xeyli sayda elektrikli avtomobillər gətirilir.

“Azərbaycan dövləti ekoloji nöqteyi-nəzərdən belə avtomobillərin alınmasını təşviq edir. Lakin bu istiqamətdə mühüm məsələ elektrikli avtomobillərdəki litium batareyalarının utilizasiyasıdır. Belə batareyaların istimar müddəti 5-7 il arasındadır. Bununla bağlı suallar meydana gəlir. Lakin qanunvericilikdə bu cür batareyaların utilizasiya ilə bağlı heç bir müddəa yoxdur. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməsi zəruri olardı”, - deyə R.Muradov vurğulayıb.

Chosen
25
4
olke.az

10Sources