EN

“İmişli”yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

90deqiqe.Az qurumun rəsmi saytına istinadla xəbər verir ki, iclasda Misli Premyer Liqasının IV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində nominal ev sahiblərinin heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 5000 manat cərimə edilib.

Bölgə təmsilçisinin heyətində 5 nəfər sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb. Oyunun 90+4-cü dəqiqəsində Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb,”İmişli” klubu 3000 manat məbləğində cərimələnib.

“Sumqayıt” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə, “kimyaçılar” 5000 manat cərimə ödəyəcək.

Chosen
37
6
90deqiqe.az

10Sources