EN

Formula 1: Azərbaycan qran-prisinə start verildi

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti raunduna – Azərbaycan qran-prisinə start verilib.

Arena.az xəbər verir ki, yarışın startında sərbəst yürüşlər baş tutub.

İlk sərbəst yürüşdə “Maklaren” pilotu Lando Norris ən yaxşı nəticə göstərib. Onun komanda yoldaşı Oskar Piastri ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü olub.

İkinci sərbəst yürüşdə isə “Ferrari”nin pilotu Luis Hamilton ən yaxşı nəticəni göstərib. Onun komanda yoldaşı Şarl Lekler ikinci, “Mersedes”dən Corc Rassell üçüncü olub.

Bu gün həm də Formula 2 üzrə Azərbaycan qran-prisinə start verilib. Öncə sərbəst yürüş baş baş tutub. “Rodin Motorsport” komandasından Aleks Dann ən yaxşı nəticə göstərib. “Dams Lukas Oil”dən Cek Krouford ikinci, “Hıtech TGR”dən Dino Beqanoviç üçüncü olub.

Sərbəst yürüş zamanı bir neçə qəza baş verib. Belə ki, Arvid Lindblad Bakıdakı yarışda uğursuzluqla üzləşib. “Campos Racing” komandasının sürücüsü sessiyanı sonadək davam etdirə bilməyib. Onun bolidi trasdan çıxarılıb. “Rodin Motorsport”dan Amauri Kordeelin idarə etdiyi bolid də baryerə dəyib. “İnvicta Racing”dən Roman Stanekin avtomobili isə “Van Amersfoort Racing”dən Con Bennettin bolidinə dəyib. “Art Grand Prix”dən Viktor Martins də uğursuzluqla üzləşib. Nəticədə qırmızı bayraq qaldırılıb və yarış müvəqqəti dayandırılıb. Onun bolidi trasdan götürülüb.

Bu gün ikinci dərəcəli pilotların yarışında sıralama turu da gerçəkləşib. “Dams Lukas Oil”dən Cek Krouford birinci olub. “İnvicta Racing”dən Leonardo Fornaroli ikinci, “Prema Racing”dən Qabriele Mini üçüncü yeri tutub.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan qran-prisinə sentyabrın 21-də keçiriləcək əsas yarışla yekun vurulacaq.

error: Məzmun qorunur!
Chosen
19
44
arena.az

10Sources