EN

18 yaşında şəhid olan Fərid Alıyevin anası: "Divara yazıb ki, mən şəhid olacağam"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV 18 yaşında şəhid olan Fərid Alıyev haqqında reportaj hazırlayıb.
Atası Tofiq Alıyev bildirib ki, Fərid xidmətə yollananda çox məsuliyyətli və cəsarətli davranıb. Əkiz qardaşı ilə xidmətə getmək arzusu olsa da, Fərid üç ay tez döyüşə qatılmağı seçib və ailəsinə hər zaman öz qəhrəmanlığını göstərib. Anasına deyib ki, "mənim pəncərədə şəklim olacaq", indi orada onun şəkli asılıb. Bu, ana üçün nə deməkdir?
O qeyd edib ki, Fərid hər zaman ailəsini düşünərək addımlarını atıb və son günlərində də qəhrəmanlıqla davranıb.
Anası Ruhiyyə Alıyeva isə bildirib ki, oğlunun şəhadəti ailəyə ağır itki gətirsə də, onun igidliyi və vətənpərvərliyi daim xatırlanacaq.
"Mən ölən günümə qədər gözüm qapıdadır, elə bilirəm ki, hər dəfə kimsə gəlib məndən muştuluq alacaq və deyəcək ki, Fərid sağdır", - R.Alıyeva bildirib.
O vurğulayıb ki, Fərid təlim zamanı divara "Mən şəhid olacağam" sözlərini yazıb.
Ətraflı süjetdə:
Chosen
58
2
oxu.az

10Sources