Rusiyanın Amur vilayətində dəmiryolunda dəhşətli qəza baş verib. Hadisə nəticəsində 12 nəfər yaralanıb, iki nəfər həlak olub.
Moderator.az-ın verdiyi məlumata görə, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun "Telegram" kanalında xəbər verilib.
Bildirilir ki, relslərin və şpalların dəyişdirilməsi işləri zamanı təmir-bərpa qatarının iki vaqonu və quraşdırma kranı relsdən çıxıb.
Sosial şəbəkələrdə hadisə yerinin görüntüləri yayılıb.