Portuqaliya bazar günü Fələstin dövlətini rəsmən tanıyacaq.
Bunu Xarici İşlər Nazirliyi açıqlayıb.
Nazirlik Fələstin Dövlətinin rəsmən tanınmasının gələn həftə keçiriləcək BMT-nin Baş Assambleyasından əvvəl baş tutacağını bildirib.
Qeyd edək ki, Portuqaliyanın qonşusu İspaniya İrlandiya və Norveçlə birlikdə 2024-cü ilin mayında Fələstin Dövlətini tanıyıb.
Hazırda Avropa İttifaqının 27 üzvündən yalnız bir neçəsi Fələstini dövlət kimi tanıyır.
MənbəAPA