EN

Robert Prosineçki Monteneqro millisindən qovuldu

Azərbaycan yığmasının sabiq çalışdırıcısı Robert Prosineçki futbol üzrə Monteneqro millisinin baş məşqçi postundan istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə qərar Monteneqro Futbol Asssosiasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Səbəb kimi milli komandanın 2026-cı ildə keçiriləcək dünya çempionatının (DÇ-2026) seçmə mərhələsindəki qeyri-qənaətbəxş nəticələri göstərilib.

Xorvatiyalı mütəxəssisi 2022-ci ildən yığmada köməkçi-məşqçi kimi çalışan Mirko Vuçiniç əvəzləyib. Vuçiniç hələ futbolçu kimi Monteneqro millisinin yarandığı vaxtdan komandanın kapitanı və ilk qolunun müəllifi olub. O, 2025-ci ilin sonuna qədər baş məşqçi funksiyasını yerinə yetirəcək və komandanı Farer adaları, Cəbəllüttariq, Xorvatiya ilə seçmə mərhələ oyunlarına və Lixtenşteynlə yoxlama görüşünə çıxaracaq.

Hazırda Monteneqro yığması DÇ-2026-nın seçmə mərhələsində yer aldığı L qrupunda 5 oyuna topladığı 6 xalla 4-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, Robert Prosineçki daha öncə Azərbaycan, həmçinin Bosniya və Herseqovina yığmalarını da çalışdırıb. Millimiz 2014-2017-ci illər aralığında bu məşqçinin rəhbərliyi altında 23 matça çıxıb. Bu görüşlərdə 6 qələbə qazanmış Azərbaycan yığması, 6 heç-heçə edib, 11 görüşdə isə məğlubiyyətə üzülüb.

Prosineçki Xorvatiyanın “Rudeş”, Sloveniyanın “Olimpiya” (Lyublyana), Serbiyann “Srvena Zvezda”, Türkiyənin “Kayserispor” və “Dənizlispor” klublarında da baş məşqçi kimi çalışıb.

error: Məzmun qorunur!
Chosen
36
5
arena.az

10Sources