EN

Azərbaycanlı paracüdoçu çempion oldu

Gürcüstanın paytaxtı Tbilisidə paracüdo üzrə Avropa çempionatı davam edir.

XəzərNews.az xəbər verir ki, Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1, +95 kq) turnirin qalibi olub.

O, əvvəlcə 1/4 finalda moldovalı Oleq Kretula qarşılaşıb və qələbə qazanıb.

İ.Zəkiyev 1/2 finalda türkiyəli Gökhan Biceri ipponla üstələyib. Həlledici mərhələdə isə o, moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.

Qadınların mübarizəsində isə Dürsədəf Kərimova (J2, +70 kq) gümüş medalla kifayətlənib.

Qeyd edək ki, İ.Zəkiyev Yay Paralimpiya Oyunlarının ikiqat qat qalibi, üçqat bürünc mükafatçısı, ikiqat dünya çempionu, mundialların gümüş və ikiqat bürünc mükafatçısı, on üçqat Avropa çempionudur.

Xəbər 3 dəfə oxunub.
Chosen
46
5
xezernews.az

10Sources