AZ

İlham Zəkiyev Avropa çempionu oldu

style='margin-bottom:10px;'>

Gürcüstanın paytaxtı Tbilisidə paracüdo üzrə Avropa çempionatı davam edir.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1, +95 kq) turnirin qalibi olub.

O, əvvəlcə 1/4 finalda moldovalı Oleq Kretula qarşılaşıb və qələbə qazanıb. 

İ.Zəkiyev 1/2 finalda türkiyəli Gökhan Biceri ipponla üstələyib. Həlledici mərhələdə isə o, moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.

Qadınların mübarizəsində isə Dürsədəf Kərimova (J2, +70 kq) gümüş medalla kifayətlənib.

Qeyd edək ki, İ.Zəkiyev Yay Paralimpiya Oyunlarının ikiqat qat qalibi, üçqat bürünc mükafatçısı, ikiqat dünya çempionu, mundialların gümüş və ikiqat bürünc mükafatçısı, on üçqat Avropa çempionudur.

Seçilən
9
6
teleqraf.com

10Mənbələr