AZ

İlham Zəkiyev Avropa çempionu oldu

Gürcüstanın paytaxtı Tbilisidə paracüdo üzrə Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz İlham Zəkiyev (J1, +95 kq) turnirin qalibi olub. O, əvvəlcə 1/4 finalda moldovalı Oleq Kretula qarşılaşıb və qələbə qazanıb.

Zəkiyev 1/2 finalda türkiyəli Gökhan Biceri ipponla üstələyib. Həlledici mərhələdə isə o, moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.

Qadınların mübarizəsində isə Dürsədəf Kərimova (J2, +70 kq) gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Zəkiyev Yay Paralimpiya Oyunlarının ikiqat qat qalibi, üçqat bürünc mükafatçısı, ikiqat dünya çempionu, mundialların gümüş və ikiqat bürünc mükafatçısı, on üçqat Avropa çempionudu.

Seçilən
9
5
football-plus.az

10Mənbələr