
Redaksiyamız vasitəsilə 3-cü qrup əlil Qismət Babayevin müraciətinə cavab verilmişdir.
Ağsu rayon sakini 1964-cü il təvəllüdlü Babayev Qismət Nurulla oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı müraciətinə cavab olaraq bildiririk.
Siz 29.08.2025-ci il tarixdə Əlilliyin Tibbi Bərpa Mərkəzində tibbi komissiyadan keçmisiniz və sizə 3 dərəcəli əlillik müəyyən edilmişdir.
Siz 30 iş günü müddətində rayonun DSMF tərəfindən dəvət olunacaqsınız və sizə kod veriləcək. Və həmən kod əsasında əlillik kartınızı Kapital bankdan götürəcəksiniz. Və həmən gündən sizin əlillik təqaüdünüz hesablanacaqdır.
Hörmətlə,
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyyətinin sədri Ramin Rzayev