EN

Oğuzda avtomobil piyadanı vuraraq öldürüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayonun Baş Daşağıl kənd sakini, 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçərkən avtomobil onu vurub.
S.Abdulhəmidov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Chosen
18
2
oxu.az

10Sources