EN

Oğuzda avtomobil piyadanı vuraraqöldürdü

Oğuz rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

Redaktor.az "Qafqazinfo"ya istinadla məlumat verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Baş Daşağıl kənd sakini 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçmək istəyərkən onu avtomobil vurub.

46 yaşlı S. Abdulhəmidov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Chosen
39
8
redaktor.az

10Sources