EN

Almaniyada avtomobil kütlənin üzərinə sürüldü: yaralılar var

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın Türingiya əyalətinin Niederdorla qəsəbəsində sürücü avtomobili xalq şənliyində iştirak edən insanların üzərinə sürüb.

Axar.az “Şpigel” qəzetinə istinadla xəbər verir ki, nəticədə beş nəfər xəsarət alıb.

Hadisəni törədən 41 yaşlı sürücü ərazidən uzaqlaşmağa cəhd göstərsə də polisin keçirdiyi axtarış tədbirləri nəticəsində saxlanılıb.

İnsidentin siyasi motivlərlə bağlı əlaqəsinə dair hər hansı sübut aşkarlanmayıb. Həmin şəxs hadisədən bir qədər əvvəl avtomobili təhlükəli sürdüyü üçün diqqəti cəlb edib. Polisin saxlamaqla bağlı əmrinə tabe olmayan sürücü bir neçə dəqiqə sonra avtomobili insanların üzərinə sürüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
5
axar.az

6Sources