ain.az bildirir, Bakivaxti portalına istinadən.
Rəqəmsal transformasiya Azərbaycan üçün əsas prioritetdir
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 25) deyib.
Onun sözlərinə görə, ideya və innovasiyaların inkişafına dəstək verən əsas alətlərdən biri fikir mübadiləsidir: "Bu kimi investisiya forumları məhz belə fikir mübadiləsi üçün çox yaxşı platformadır".
S. Şərifov forumun gündəliyində müxtəlif nazirliklərin yüksək vəzifəli nümayəndələrinin iştirak edəcəyi bir sıra panel müzakirələrinin yer aldığını diqqətə çatdırıb: "Xüsusilə rəqəmsal transformasiya paneli Azərbaycanın bu sahədə təşəbbüslərinin təqdim olunacağı mühüm platforma olacaq".
Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir: "Bu sahədə bir çox işlər görürük – müxtəlif biznes inkubatorlarının yaradılması, hökumət dəstəkli proqramlar vasitəsilə startaplara xüsusi dəstək, eləcə də təhsilə yatırılan investisiyalardır".
S. Şərifov sonda Azərbaycanda rəqəmsal transformasiya və təhsil sahəsində atılan addımların davam etdiriləcəyini vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.