EN

® HUAWEI yeni nəsil ağıllı cihazlarını təqdim edib

“Ride the Wind” (“Küləyə hakim ol”) şüarı ilə Parisdə keçirilən qlobal təqdimat tədbirində HUAWEI şirkəti yeni nəsil ağıllı cihazlarını təqdim edib.

AZƏERTAC xəbər verir ki, tədbirdə “HUAWEI WATCH GT 6” seriyası, “HUAWEI WATCH Ultimate 2” və “HUAWEI WATCH D2” ağıllı saatları diqqət mərkəzində olub. Yeni cihazlar həm estetik dizayn, həm də sağlamlıq və idman monitorinqi imkanlarını özündə birləşdirərək istifadəçilərə yüksək keyfiyyətli təcrübə bəxş edir.

Təqdimat çərçivəsində həmçinin “HUAWEI nova 14” seriyası smartfonları, “HUAWEI FreeBuds 7i” simsiz qulaqlıqları və “HUAWEI MatePad 12 X” planşeti ictimaiyyətə təqdim olunub. Şirkət eyni zamanda “Now is Yours” (“İndi Sənin Zamanındır”) fəlsəfəsini elan edib və “GoPaint 2025” beynəlxalq yaradıcılıq təşəbbüsünü işə salıb.

“HUAWEI WATCH GT 6” seriyası

Yeni nəsil GT 6 seriyası 21 günədək batareya ömrü və “TruSense” monitorinq sistemi ilə fərqlənir. İstifadəçilər ürək döyüntüsü, oksigen səviyyəsi və yuxu keyfiyyətini dəqiq izləyə bilirlər. Cihaz 100-dən artıq məşq rejimini dəstəkləyir. Velosipedçilər virtual gücölçən funksiyası ilə peşəkar performans təhlili aparır, qaçış həvəskarları yüksəklik və marşrut trendlərini izləyə bilir, qolfçular yüksək dəqiqlikli meydança xəritələrindən yararlanır, xizək sürənlər isə sürət və məsafəni rahatlıqla ölçə bilirlər.

“HUAWEI WATCH Ultimate 2” və WATCH D2

“HUAWEI WATCH Ultimate 2” modeli dərin su idmanları ilə məşğul olanlar üçün hazırlanıb. 150 metrədək dərinliyə davamlı olan cihaz sonar texnologiyası vasitəsilə 30 metr məsafəyədək sualtı mesaj göndərə bilir, 60 metr dərinlikdə isə SOS siqnalı ötürmə funksiyası mövcuddur.

Yeni HUAWEI WATCH D2 modeli isə qan təzyiqi izləmə sistemi ilə seçilir. İstifadəçilər həm birdəfəlik, həm də təkrarlanan ölçmələr apararaq sağlamlıq göstəricilərini izləyə bilirlər.

“HUAWEI nova 14” seriyası və “HUAWEI MatePad 12 X”

“HUAWEI nova 14” seriyası portret fotoqrafiyasında yeni imkanlar açır. “Ultra Chroma” kamera və təkmilləşdirilmiş “XD Portrait Engine” zəif işıqda belə yüksək keyfiyyətli görüntülər təmin edir. “HUAWEI MatePad 12 X PaperMatte Edition” modeli isə gözlər üçün rahat ekran və “M-Pencil Pro” dəstəyi ilə təhsil və yaradıcılıq imkanlarını genişləndirir.

“İndi sənin zamanındır” fəlsəfəsi və GoPaint 2025

Tədbirdə HUAWEI gənc nəsillə daha yaxın əlaqə qurmaq məqsədilə “İndi sənin zamanındır” fəlsəfəsini açıqlayıb. Şirkət eyni zamanda “GoPaint 2025” beynəlxalq yaradıcılıq müsabiqəsini elan edib. Yarışma rəssamlıq, rəqəmsal illüstrasiya, fantastik sənət və animasiya sahələrini əhatə edərək gəncləri yaradıcılığa təşviq edəcək.

HUAWEI nümayəndələrinin vurğuladığı kimi, şirkətin məqsədi texnologiyanı həm funksional, həm də hər kəs üçün əlçatan etməkdir.

Chosen
4
1
azertag.az

7Sources