Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci yarısında Ukraynaya 2 milyon 497 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 757 min dollar və ya 1,7 dəfə azdır. 2024-cü ilin yanvar-iyun aylarında bu məbləğ 4 milyon 254 min dollara bərabər olub.
Qeyd edək ki, birinci yarımildə Azərbaycandan Ukraynaya fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!