EN

Sumqayıtda məhkəməyə hörmətsizlik edən şəxs barəsində cinayət işi başlanıb

Bakı. Trend:

Məhkəmə proseslərində iştirak edən şəxslərin davranışlarıqanunla ciddi şəkildə tənzimlənir. Hakimin və ya digəriştirakçıların təhqir edilməsi təkcə etik qaydaların pozulmasıdeyil, həm də cinayət məsuliyyəti yaradan əməldir.

Trend xəbərverir ki, bəzən bu tələblərin pozulması praktiki müstəvidə də özünügöstərir. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsində mübahisəyəbaxıldığı zaman məhkəmə prosesi iştirakçılarından biri – cavabdehtərəfin nümayəndəsi dəfələrlə əsassız vəsatətlər qaldıraraq işingedişinə mane olub. Məhkəmənin qərarı ilə həmin nümayəndəyəprosessual davranış qaydalarını pozduğuna görə inzibati cərimətətbiq edilib.

Daha sonra o, məhkəməyə təqdim etdiyi ərizədə hakimi təhqir edənifadələr işlədib, bu hərəkəti ilə məhkəməyə açıq hörmətsizliknümayiş etdirib. Belə ki, qeyri-etik davranış məhkəmənin nüfuzunualçaltmaqla yanaşı, prosessual tərəflərin hüquqlarının müdafiəsinədə mane olub.

Məhkəmə baş vermiş halları nəzərə alaraq xüsusi qərardad qəbuledib və materialları müvafiq istintaq orqanına göndərib. Aparılmışaraşdırma nəticəsində nümayəndənin əməllərində AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (hakimi təhqiretmə) ilə nəzərdə tutulan cinayət tərkibi müəyyən edilib. Hazırdacinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Chosen
20
24
az.trend.az

10Sources