Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası təsdiq edilib.
Pblika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi aşağıdakı kimidir:
Daimi komissiyanın sədri
Azərbaycan Respublikasının Baş naziri
Daimi komissiya sədrinin müavini
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Daimi komissiyanın üzvləri:
Azərbaycan Respublikasının Baş prokuroru
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının xarici işlər naziri