EN

İlhamə Elşadqızına hökm oxundu

Narkotik ittihamı ilə mühakimə olunan, özünü şair-tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.


Yenilik.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.


Anar Sadıqovun sədrlik etdiyi məhkəmə heyəti xanım müttəhimi verilmiş ittihama münasibətdə təqsirli biliblər.

Hökmə əsasən, İlhamə Elşadqızı 3 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Elşadqızı polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona  Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham verilib.

Chosen
46
11
yenilik.az

10Sources