Narkotik ittihamı ilə mühakimə olunan, özünü şair-tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Yenilik.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Anar Sadıqovun sədrlik etdiyi məhkəmə heyəti xanım müttəhimi verilmiş ittihama münasibətdə təqsirli biliblər.
Hökmə əsasən, İlhamə Elşadqızı 3 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ.Elşadqızı polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham verilib.