Narkotik ittihamı ilə mühakimə olunan, özünü şair-tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Operativ Media xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Anar Sadıqovun sədrlik etdiyi məhkəmə heyəti xanım müttəhimi verilmiş ittihama münasibətdə təqsirli biliblər.
Hökmə əsasən, İlhamə Elşadqızı 3 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ.Elşadqızı polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham verilib.