Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində pərakəndə ticarətdövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4faiz artaraq 23,555 milyard manat olub.
Bu barədəTrend Bakı şəhər Statistika İdarəsinə istinadənxəbər verir.
Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları,içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqustayları ilə müqayisədə 3,7 faiz artaraq 12,956 milyard manata,qeyri-ərzaq malları isə 4,3 faiz artaraq 10,599 milyard manatolub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqustaylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələrüzrə 6 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,8 faizartıb. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslumüəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarətobyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarındasatılıb.