AZ

Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4% artıb

BAKI, 17 sentyabr. TELEQRAF

2025-ci ilin yanvar-avqust aylarında Bakı şəhərinda pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 23554,6 milyon manat olub.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,7 faiz artaraq 12955,8 milyon manata, qeyri-ərzaq malları isə 4,3 faiz artaraq 10598,8 milyon manat olmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,0 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,8 faiz artmışdır. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.

Seçilən
23
22
teleqraf.com

10Mənbələr