EN

Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyənin Ərzurum vilayətində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ Ərzurum vilayətində yerli vaxtla saat 11:29da (Bakı vaxtı ilə saat 12:29-da) baş verib. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib.

İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.

Chosen
360
2
turkic.world

10Sources